Tor qişa venalarının trombozu nədir?

Gözün dibində tor qişada çox sayda arteriya və vena damarı var. Bəzən tor qişanın mərkəzi venasının və ya onun şaxələrinin tromb ilə tutulması nəticəsində vena damarı və onun şaxəsi partlayır. Bu zaman tor qişaya qansızma baş verərək görməyə cavabdeh makulanın və görmə sinirinin qan dövranını pozur. Nəticədə görmənin kəskin azalması müşahidə olunur.

Əsas məqamlar hansılardır?

  • Tor qişanın ən çox yayılmış əsas damar xəstəliyi və diabetik retinopatiyadan sonra göz dibinin ikinci ən çox rast gəlinən qan dövranının pozulması;
  • Bir neçə saat ərzində tədricən görmə qabiliyyətinin ağrısız birtərəfli pozulması;
  • Ən çox rast gəlinən risk amillərinə yüksək təzyiq, qanda xolesterinin yüksək olması, şəkərli diabet, siqaret çəkmə və qlaukomadır;
  • Qazanılmış və ya irsi keçmiş laxtalanma pozğunluqları və ya qanın özlülüyünün yüksək olması vena trombozuna meyilliliyi artırır.

Diaqnozu necə qoyulur?

  • Göz dibininstereo-biomikroskopik müayinəsi zamanı tor qişanın, görmə sinirinin üzərində qan laxtalarının müşahidə olunması (“əzilmiş pomidir somptomu”), tor qişanın mərkəzi venasında və venanın şaxələrində qan dövranının pozulmasının kontrast angioqrafik müayinə ilə təsdiqlənməsi.

Rastgəlmə tezliyi necədir?

  • Tor qişanın ən çox yayılmış əsas damar xəstəliyi və diabetik retinopatiyadan sonra göz dibinin ikinci ən çox rast gəlinən qan dövranının pozulmasıdır;
  • Hər iki cinsdə oxşar tezlikdə baş verir və adətən yaşı 65-dən çox olan xəstələrdə yaranır;
  • Tor qişa venasının okkluziyasının yaranma tezliyi 0.52%-dir  (mərkəzi venanın okkluziyası 0.08%, tor qişa venasının şaxəsinin okkluziyası 0.4%).

Risk amilləri hansılardır?

  • Yüksək qan təzyiqi, qanda xolesterinin yüksək olması və şəkərli diabet ən çox rast gəlinən səbəblərdir. Pasiyentin yaşının çox olması da həmçinin risk amillərindəndir.
  • Mərkəzi tor qişa venasının trombozu olan xəstələrin təxminən 20%-də müalicə edilməmiş qlaukoma aşkarlanır.
  • Qanda qatılaşmanın artması:
    • Eritrositoz, makroqlobulinemiya, mieloma, limfoma, leykemiya.
  • Laxtalanma sisteminin pozğunluğu.
  • Hormonları əvəzedici müalicə alan xıstələr.
  • Vaskulit.
  • Yuxuda olarkən apnoye (nəfəsalmanın qəfil dayanması) halları.

Simptomlar hansılardır?

  • Okkluziyanın yerindən və ciddilik dərəcəsindən asılı olaraq görmə qabiliyyətinin azalması demək olar ki, normaldan barmaq sayılmasınadək və ya əl hərəkətinin seçilməsinədək dəyişə bilər.
    • Bir necə saat ərzində görmə qabiliyyətinin ağrısız zəifləməsi:
      •  Əksər xəstələrdə səhər yuxudan ayıldıqda təzahür edir.
      • Arterial qan dövranının pozğunluqları ilə müqayisədə, vena qan dövranının pozulması zamanı, görmə qabiliyyətinin müvəqqəti pozulmasına daha az rast gəlmək mümkündür.
  • Okkluziyanın ağırlaşmış halında göz dibi müayinəsi zamanı aşağıdakıları görmək olar:
    • Tutulmuş və  əyilmiş venalar;
    • Ödemli tor qişa, həmçinin görmə sinirinin ödemləşməsi;
    • Tor qişada ləkəyə bənzər qanaxmalar;
    • Tor qişasının mikroinfarktı (“pambığa bənzər ləkələr”).
  • Yüngül okkluziyada dəyişikliklər o dərəcədə ağır olmur. Yalnız tutulmuş və əyilmiş venalardan və bir neçə izolyasiya olunmuş qanaxmalardan ibarətdir.
    • Tor qişanın venasının şaxəsinin okkluziyasına ən çox tor qişasının üst dörddə bir hissəsində rast gəlinir.
    • Əgər qanaxma və ya ödem makulanın mərkəzinə çatarsa, görmə qabiliyyəti pozulur.

Müayinələr və meyarlar hansılardır?

  • Təxirəsalınmaz ümumi yoxlanış (terapevtin baxışı)
    • Qan təzyiqinin yoxlanılması
    • Qanda qlükozanın təyini (əgər lazım olarsa, insulin dirənci testi)
    • Lipidlərin təyini
    • Qanın ümumi analizi, həmçinin, trombositlərin sayı
    • Gözdaxili təzyiqin ölçülməsi
    • Atipik hallarda (əsas risk faktorları tromboz xəstəliyini aşkarlamağa kömək etmir), ikitərəfli okkluziyada və ailəsində tromboz xəstəliyinə meyillilik olan xəstələrdə laxtalanma problemlərini aşkar etmək üçün araşdırma
    • Əgər mərkəzi görmə qabiliyyəti pozulursa, yerli müalicə ehtiyacını qiymətləndirmək üçün dərhal oftalmoloqa müraciət etmək lazımdır. Damar endotelinin böyümə faktorunun inhibitorlarının (vazo-enditelial böyümə faktoru VEBF) inyeksiyalarla (VEBF əleyhinə inyeksiyalar) müalicəyə dərhal başlanılması ilə görmə qabiliyyətinin əksər hissəsini bərpa etmək mümkündür.
    • Digər hallarda xəstələr təxminən bir ay ərzində oftalmoloqun müayinəsindən keçməlidirlər.

Müalicə və proqnoz necədir?

  • Əgər xəstələrdə tromblaşmaya meyillilik varsa (təkrarlanan tromboz, ailə tarixçəsində tromblaşmaların olması), anti-koaqulyantlar tövsiyyə olunur 
    • Heparinin istifadəsi görmə qabiliyyətinin gələcək proqnozuna və sonrakı ağırlaşmaların yaranmasının azalmasını (neovaskulyarizasiya və onunla əlaqədar qlaukoma) göstərmişdir.
  • Riskt faktorlarını müəyyənləşdirmək və müalicə etmək vacibdir (yuxarı bax).
  • Gözdə nəzərdə tutulmuş müalicə:
    • Torlu qişanın təxirəsalınmaz lazerlə müalicəsi (panretinal fotokoaqulyasiya) bütün hallarda neovaskulyarizasiyanın qarşısını alır və müalicə edir, lakin, yalnız torlu qişa venasının qolunun okkluziyasında makulyar ödem üçün təsirli olur.
    • Makulyar ödemin müalicəsində yeni üsullar (məsələn, qlükokortikoidlər və ya  vazo-endotelial böyümə faktoru (VEBF) inhibitorlarının gözə inyeksiya şəklində yeridilməsi görmə qabiliyyətinin proqnozunu yaxşılaşdırır.
    • VEBF inhibitorları vaskulyar zədələnməni azalda və beləliklə də, neovaskulyarizasiyanı gecikdirə bilər.
  • Son illərdə yeni müalicə üsullarının daxil edilməsi ilə görmə qabiliyyətinin və bütünlükdə görmənin proqnozu xeyli yaxşılaşmışdır.
  • Əgər müalicə olunmazsa, tor qişa venalarının geniş yayılmış okkluziyası tor qişada və görmə sinirinin məməciyində və quzehli qişanın üzərində (quzehi qişanın rubeozu) və göz almasının ön kamerasının bucağnda neovaskularizasiyaya gətirib çıxara bilər.
    • Neovaskulyar qlaukomanın proqnozlaşdırılması zəifdir, yəni, müalicəyə (panretinal lazer fotokoaqulyasiyası, periferik retina krioterapiyası və kirpikli cismin diod lazer fotokoaqulyasiyası) baxmayaraq pasientin görməsi itirilə bilər.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq