Dəyərli pasiyentlərimizin söylədikləri
LASIK əməliyyatı ilə bağlı ümumi suallar
Görmənin lazerlə düzəldilməsi prosedurları haqqında
LASIK cərrahiyyəsi görmə qüsurlarının yaxındangörmə (miopiya), uzaqdangörmə (hipermetropiya) və astiqmatizmi aradan qaldıraraq, görməni korreksiya edən (düzəldən) cərrahi prosedurdur.
LASIK – “lazer in situ keratomileusis” sözlərinin qısaltmasıdır. “ın situ” latın dilində “təbii və ya normal vəziyyətdə” mənasını verir. Tibbi terminologiyada “in situ” “ətraf toxumalara sirayət etmədən, yerində məhdudlaşmaq” mənasını verir. “kerato” yunancadan tərcümədə buynuz qişa, “mileusis” isə “forma vermək, dəyişmək” kimi tərcümə olunur. Yəni – ətraf hüceyrə təbəqələrini zədələmədən buynuz qişanın şəklini dəyişdirmək üçün lazerin istifadəsi deməkdir.
LASIK vasitəsilə görmənin korreksiyası (düzəldilməsi) 25 ildən artıq bir dövrdə dünyada tətbiq edilir. İlk dəfə abş-da 1989-cu ildə FRK əməliyyatı, 1991-ci ildə isə LASIK əməliyyatı icra edilmişdir. Azərbaycanda həm LASIK, həm də FRK ilk dəfə 2002-ci ildə icra edilmişdi. Prosedurun əsas komponentləri uzun bir tarixə malikdir. Oftalmoloqlar 50 ildən artıq bir dövrdə müxtəlif üsullarla buynuz qişanın quruluşunu dəyişən əməliyyatlar icra edirlər. Eksimer lazerin istifadəsi isə 35 ildən çoxdur və 1980-ci illərdən bəri istifadə edilir.
LASIK cərrahiyyəsi də, FRK əməliyyatı zamanı istifadə edilən eksimer lazerin köməyi ilə həyata keçirilir. Ancaq FRK əməliyyatından fərqli olaraq burada buynuz qişanın epiteli qaşınmır, xüsusi avadanlıqla qapaq kimi qaldırılır. Bu da görmənin FRK üsulu ilə müqayisədə daha yüksək olmasına, əməliyyatdan sonra ağrının olmamasına, əməliyyatdan sonrakı ağırlaşmaların daha az yaranmasına, daha sürətli sağalma müddətinə, əməliyyatdan sonrakı dövrdə daha az göz damcılarının istifadəsini tələb edir və daha rahatdır.
FRK – və ya fotorefraktiv keratektomiya lazer göz əməliyyatı gözün buynuz qişasını yenidən formalaşdırmaq üçün kompüter tərəfindən idarə olunan bir eksimer lazer əməliyyatıdır. Eksimer lazerin işləmə prinsipi LASIK göz əməliyyatına bənzəyir. Lakin LASIK proseduru zamanı cərrah buynuz qişada bir qapaq yaradaraq buynuz qişanın epitelini (gözün ən xarici qoruyucu təbəqəsi) qoruyur. FRK əməliyyatı zamanı isə buynuz qişa epiteli qaşınaraq xaric edilir. Gözə damızdırılan anestetik (keyləçdirici) damcılar xəstənin mümkün qədər az narahatlıq hiss etməsini təmin edir. FRK əməliyyatı LASIK əməliyyatından fərqli olaraq əməliyyatdan sonrakı dövrdə ağrının olması, sağalma prossesinin daha uzun dövr tələb etməsi və görmənin gec bərpa olunması ilə xarakterizə olunur.
Pasiyentin əməliyyata uyğunluğu
LASIK göz əməliyyatı miopiya, hipermetropiya və astiqmatizmdən əziyyət çəkən pasientlərin eynək, və ya kontakt linzalardan azad olaraq, görməsini bərpa etməyə imkan verir.
Pasientin əməliyyata uyğun olub-olmamasını qiymətləndirmək üçün bir sıra müayinələr həyata keçirilməlidir. Müayinələr zamanı əldə edilən göstəricilər həkim tərəfindən analiz edilib əməliyyata uyğunluğa görə rəy verilir. Bəzi gözlərin göstəricilərinin əməliyyatı həyata keçirmək üçün tələb edilən şərtləri ödəmir. Ona görə əməliyyatdan sonra baş verə biləcək ağırlaşmaları nəzərə alaraq, həkim belə pasiyenti əməliyyata götürmür.
Əgər eynək istifadəsi sizə rahat gəlirsə, təbii ki, əməliyyat olunmaya bilərsiz. Ancaq eynək istifadəçiləri soyuqdan istiyə keçərkən eynək şüşələrinin dumanlanmasından, yağışlı havalarda eynəklərin su olması və görməyə mane olmasından, aydın görmək üçün mütəmadi silinməsini, səhər yuxudan durarkən yaxşı görmək üçün eynək taxılmasını, eynəksiz gecələr pis görmələrini, qucaqlarına körpə uşaq götürərkən uşağın eynəyə əl atmasını, idmanla rahat məşğul ola bilməmələrini şikayət edirlər. Əgər siz də sadaladıqlarımdan əziyyət çəkirsizsə, LASIK əməliyyatı sizi bunlardan birdəfəlik azad edə bilər.
Əgər kontakt linza istifadəsi sizə rahat gəlirsə, təbii ki, əməliyyat olunmaya bilərsiz. Ancaq mütəmadi olaraq kontakt linzalara qulluq, istifadə müddətində məhdudiyyət, yatarkən onları gözdən çıxarmanın vacibliyi, mütəmadi olaraq yeni kontakt linzalara və onlara qlluq vasitələrinə xərclənən maliyyəni, ən əsası isə gözə verə biləcək infeksion ağırlaşmaları nəzərə alaraq LASIK əməliyyatı bütün bu sadaladıqlarımdan sizi birdəfəlik azad edə bilər.
Autoimmun pozğunluqları olan (qırmızı qurd eşənəyi, revmatoid artrit), dəri kəsiklərindən sonra aqressiv çapıqlaşma (keloid adlanır) ilə müşahidə olunan hallar, həmçinin göz almasının ön seqmentinin degenerativ pozğunluqları olan xəstələr nə LASIK, nə də FRK əməliyyatı üçün uyğun deyillər. FRK əməliyyatına uyğunluğunuz əməliyyatdan əvvəl həyata keçirilən müayinələr zamanı təyin ediləcəkdir.
Əməliyyat üçün müraciət etmiş hər bir pasiyenti özümüz tam yoxlayıb əməliyyata uyğun olub-olmadığını təyin edirik. Ona görə də əlavə sənədlərə heç bir ehtiyac yoxdur. İndiyədək istifadə etdiyiniz eynək və ya kontakt linzanın resepti ilə, və ya istifadə etdiyiniz eynəklə gəlməniz bizim üçün kifayətdir.
- Yaşı 18-dən yuxarı olan, eynək və ya kontakt linzalardan istifadə edən şəxslər;
- Son 6 ayda gözün dioptriya göstəriciləri 0,50 D-dən çox dəyişməyən şəxslər;
- -12 dioptriyaya qədər miopiyadan əziyyət çəkən şəxslər;
- -6 dioptriyaya qədər astiqmatizimdən, +6 dioptriyaya qədər hiperopiyadan əziyyət çəkən şəxslər,
- Buynuz qişa toxumasının qalınlığı əməliyyat tələblərinə uyğun şəxslər;
- Diabet və revmatizm kimi sistem xəstəliklərindən əziyyət çəkməyən şəxslər;
- Digər göz xəstəliklərindən (keratokonus, qlaukoma və s.) əziyyət çəkməyən şəxslər.
1-ci mərhələ: Göz müayinəsi
Kerato-topoqrafik (KRT) müayinə sayəsində buynuz qişanın ətraflı topoqrafik xəritəsi çəkilir. Paximetr ilə buynuz qişanın qalınnığı ölçülür. Lazer cərrahiyyəsinin icrasına dair qərarın verilməsində buynuz qişanın qalınnığının rolu, gözün dioptriya (mənfi və müsbət göstəriciləri) göstəriciləri qədər vacibdir. Müayinə zamanı görmə itililiyi (eynəksiz və eynəklə), dioptriya göstəriciləri (kerato-refraktometrik müayinə) və müvafiq ölçmələr aparılır. Göz almasının ön seqmentinin biomikroskopik müayinələri və gözdaxili təzyiqin ölçülməsi həyata keçirilir.
2-ci mərhələ: Bəbəyin xüsusi damcılarla genişləndirilməsindən sonra gözün müayinəsi
Bəbəyi genişləndirən göz damcılarından istifadə edilir. Təxminən 45 dəqiqədən sonra gözün dioptriya göstəriciləri ölçülür və göz dibinin (tor qişanın damar və sinirlərinin) müayinəsi həyata keçirilir. Tor qişada incəlmə, yarıq, dəlik kimi patoloji vəziyyətlər müşahidə edilərsə, bu sahələr arqon lazeri ilə işlənir. Arqon lazer ilə bərkitmə işlərinin tətbiqi eksimer lazer əməliyyatını 3 həftə gecikməsinə səbəb ola bilər, lakin bu, müalicəyə əngəl törətmir. O, əməliyyatın daha da təhlükəsiz olmasını təmin edir.
Təxminən 1-1.5 saat çəkən müayinə və analizlərdən alınan bütün nəticələr qiymətləndirilir və ən münasib müalicə üsulu təyin edilir. Göz damcılarının təsirindən göz bəbəklərinin genişlənməsi və normal hala gəlməsi üçün müəyyən vaxtın tələb olunması səbəbindən, lazer əməliyyatı həmin gün keçirilmir. Cərrahi əməliyyat ən tez ertəsi gün aparılır.
Göz göstəriciləri lazer əməliyyatına uyğun şəxslər əməliyyatdan əvvəl bəzi qan analizlərindən keçmələri tələb olunur.
Əməliyyatdan əvvəl
LASİK əməliyyatı yerli keyləşdirmə ilə çox qısa bir müddətdə keçirilən, xəstəyə narahatlıq verməyən əməliyyat olduğuna görə, xəstə əməliyyat qabağı qorxu və ya stress hissləri keçirməməlidir. Əməliyyat günü xəstənin qida qəbuluna heç bir məhdudiyyət qoyulmur.
Əməliyyat günü göz makiyajından, ətirlərdən, qanı durulaşdırıcı dərman vasitələrindən istifadə tövsiyyə edilmir.
Əməliyyat zamanı
Lazer otağına daxil olduqda, xəstədən xüsusi lazer masasına kürək üstü uzanması xahiş edilir. Xəstənin gözü steril bir örtük ilə örtülür, əməliyyat zamanı gözlərini qırpmaması üçün xüsusi təhlükəsiz qapaqgenəldici alətin köməyi ilə göz qapaqları aralanır. Hər gözdə lazer əməliyyatı təxminən 4-5 dəqiqə çəkir, xəstə ağrı və narahatlıq hiss etmir. Xəstənin özünün rahat hiss eləməsi, həkim təlimatlarına riayət etməsi çox önəmlidir. Əməliyyat bitəndən sonra xəstə əməliyyat otağını gözə heç bir sarğı qyulmadan tərk edir.
Əməliyyatdan sonra ilk 24 saat nələrə fikir verməliyəm?
Lazer əməliyyatından sonra xəstə təxminən yarım saat gözləməli və kontrol müayinə olmalıdır. Kontrol müayinədən sonra xəstə xəstəxananı tərk edə bilər. İlk gün xəstənin bulanıq görməsi, gözlərində 3-4 saat sürən sancı, yanma hissləri və sulamanın olması normaldır. Hər hansı bir dərman vasitələrinin qəbul edilməsinə dair həkim təlimatına dəqiqliklə riayət olunmalıdır. Lazer əməliyyatından sonra baş ağrıları yaranan hallarda, xəstə qanı durulaşdırmayan ağrıkəsici dərmanlardan istifadə edə bilər. Xəstənin əməliyyat keçirdiyi gün avtomobil idarə etməsi, işə getməsi məsləhət görülmür. Xəstə tozlu mühitdə olmamalıdır. Əməliyyatdan sonrakı ilk 24 saat ərzində xəstə əməliyyat olunan gözü ovuşdurmamalı, qaşımamalı, toxunmamalı, üzünü yumamalı, duş qəbul etməməlidir. İlk bir neçə gün ərzində, sabun və ya şampunun gözə düşməməsinə diqqət yetirilməlidir. Əməliyyatdan bir gün sonra xəstənin gündəlik həyatına qayıda bilər, ancaq gözə narahatlıq verən kənar təsirlər olmamalıdır. Əməliyyatın ertəsi gün pasient təkrar kontrola gəlməli və əməliyyatın sonunda gözə qoyulmuş qoruyucu kontakt linza gözdən çıxarılmalıdır. Əməliyyatdan 3-6 ay sonra həkimin tövsiyə etdiyi süni göz yaşı damcıları istifadə edilməlidir.
Nəticələr və təhlükəsizlik
Əksər tədqiqatlar LASIK əməliyyatından sonra müşahidə edilən ağırlaşmaların çox cüzi səviyyədə olduğunu göstərir. Əməliyyatdan sonra müvəffəqiyyət göstəricisi 97%-dir. LASIK əməliyyatı buynuz qişada həyata keçirilir. Əməliyyatdan əvvəl bütün göstəricilər yoxlanılır. Əməliyyatdan sonra hər hansı ağırlaşmaya səbəb olacaq dəyişikliyi olan gözlər əməliyyata götürülmür.
LASIK əməliyyatı görmə qüsurlarından əziyyət çəkən şəxslərin görməsini yaxşılaşdırmaq üçün tətbiq edilir. Əməliyyat etdiyim zəif və orta dərəcəli miopiyası olan xəstələrin 96 %-dən çoxu, lazer prosedurundan sonrakı gün 100% və daha yüksək görmə qabiliyyətinə sahib olurlar. Bu cür görməni nə kontakt linzalarla, nə də eynəklərlə əldə etmək mümkün deyil.
Yüksək dərəcəli miopiyası (-8 D-dən çox) və yüksək dərəcəli hipermetropiyası (+ 4 D-dən çox) olan xəstələrə hər zaman əməliyyatdan sonra real nəticənin necə olacağı barədə məlumat verilir. Belə zəif gözlərdə mükəmməl görmə qabiliyyətinin olacağına zəmanət yoxdur. Lazer korreksiya əməliyyatının nəticələrindən ən çox məmnun qalan insanlar potensial riskləri və fəsadları aydın şəkildə anlayan, həmçinin əməliyyatdan sonra görmə qabiliyyətlərinin necə olacağına dair real gözləntilərə sahib olan pasiyentlərdir.
LASIK korreksiya əməliyyatının nəticələri daimidir. Əməliyyatdan sonra gözün göstəriciləri nə qədər dəyişsə də, bir daha əvvəlki vəziyyətə qayıda bilməz. Göz almasının inkişaf dövrü 18 yaşdan sonra adətən dayanır. Buna görə də bu əməliyyatlar uşaqlarda həyata keçirilmir, yalnız 18 yaşdan sonra, göz almasının böyüməsinin dayandığı qeyd edildikdən sonra icra edilir. İnsan gözünün göstəriciləri 18-45 yaşlar arası sabit qaldığından lazer korreksiya əməliyyatını məhz bu yaşlarda edilməsi tövsiyyə edilir ki, uzunmüddətli və daimi effekt saxlanılsın. Bəzən 18 yaşdan yuxarı xəstələrin də gözlərində dəyişiklik gedə bilər. Buna görə əməliyyatdan əvvəl bütün göstəricilər müqayisə olunmalı, göz göstəricilərinin sabitləşməməsi müşahidə olnan hallarda dəyişikliklərin ləngiməsinə qədər pasiyentin gözləməsi tövsiyyə edilir.
Əgər əməliyyatdan sonra gözün göstəricisində hər hansı dəyişiklik baş versə belə, təkrar lazer korreksiyası ilə yaranmış dəyişiklik tam aradan qaldırıla bilər.
Bunun üçün zəifləmənin səbəbini müəyyənləşdirmək və hansı variantın sizə daha uyğun olduğunu təyin etmək üçün göz həkiminizlə məsləhətləşməlisiniz.
LASIK əməliyyatından sonra gözləriniz normal görən insanların gözü kimi olur. Necə ki, normal görən insanlar 40-45 yaşdan sonra gözdə gedən normal fizioloji dəyişikliklərə görə yaxını oxumaq üçün eynəkdən istifadə edirlər, siz də yüngül oxumaq üçün eynəklərdən istifadə edə bilərsiz.
LASIK əməliyyatından sonra gözləriniz normal görən insanların gözü kimi olur. Necə ki, normal görən insanlar 40-45 yaşdan sonra gözdə gedən normal fizioloji dəyişikliklərə görə yaxını oxumaq üçün eynəkdən istifadə edirlər, siz də yüngül oxumaq eynəklərindən istifadə edə bilərsiz. Bu vəziyyət presbiopiya adlanır.
Presbiopiya LASIK-lə aradan qaldırılmır. Onun üçün başqa metodlar mövcuddur.
Uzaq görmə qabiliyyətinizi düzəltmək üçün LASIK korreksiya əməliyyatı etdirirsinizsə, bütün məsafələrdə aydın görmə qabiliyyəti əldə edəcəksiz. LASIK əməliyyatından sonra gözləriniz normal görən insanların gözü kimi olur. Necə ki, normal görən insanlar 40-45 yaşdan sonra gözdə gedən təbii fizioloji dəyişikliklərə görə yaxını oxumaq üçün eynəkdən istifadə edirlər, siz də yüngül oxumaq eynəklərindən istifadə edə bilərsiz. Bu vəziyyət presbiopiya adlanır.
LASIK əməliyyatından sonra gecələr müşahidə olunan zəif görmə tam aradan qalxır, çünki buynuz qişanın lazerlə işlənən zonası bəbəyin diametrindən daha geniş sahəni əhatə edir. Bəzi pasientlərdə əməliyyatdan sonra gecələr işıq mənbəyinə baxarkən yayılma və şüalanma kimi şikayətlər ola bilər. Bu şikayətlər adətən avtomobil iadrə etməyə mane olmur. Əksər pasiyentlərdə bu şikayətlər keçici xarakter daşıyır və qısa müddətdə (bir neçə gündən, bir neçə həftəyə qədər) aradan qalxır. Son dövrlərdə istifadə edilən müasir lazer texnologiyaları bu şikayətlərin rastgəlmə tezliyini heçə endirib.
Bütün pasientlər bilməlidir ki, gözlərdə quru göz sindromunun yaranması LASIK əməliyyatından sonra tez-tez müşahidə edilir. Bunun üçün pasiyentlər əməliyyatdan sonra süni göz yaşı tərkibli nəmləndirici göz damcılarından istifadə etməlidirlər. Əgər pasiyentdə əvvəllər də quru göz sindromu olubsa, əməliyyatdan əvvəl mütləq qeyd olunan patologiya müalicə olunmalı, pasiyent müalicədən sonra LASIK əməliyyatına getməlidir.
Tədqiqatlar quru gözün əlamətlərinin LASIK və FRK olunmuş xəstələr üçün praktik olaraq eyni olduğunu göstərdi. Araşdırmalar bir prosedurun digərindən daha çox quruluğa səbəb olduğunu sübut etməyib.
Məsələn, “ophthalmology” jurnalında yayımlanan və 2012-ci ildə aparılan bir araşdırmada xəstələrin bir gözündə LASIK, digər gözündə FRK əməliyyatı həyata keçirilmişdir. Xəstələr quruluq əlamətlərinə əsasən gözlər arasında fərq hiss etməmişdilər.
Tədqiqatlar əməliyyatdan sonrakı quru göz simptomlarının daha rahat idarə olunması üçün əməliyyata qədər bu vəziyyətin aradan qaldırılmasını tövsiyyə edir.
Əməliyyat prosesi
Əməliyyat vaxtı pasiyent heç bir ağrı hiss etməsin deyə gözə xüsusi keyləşdirici damcılar tökülür. Gözə vakuum həlqəsi qoyulan zaman gözdə yüngül təzyiq hissi olur və görmə bir neçə saniyyəlik itir. Nə buynuz qişada qapaq yaradan xüsusi aparat, nə də lazer gözdə heç bir ağrı vermir. Əməliyyatın sonunda gözə növbəti gen çıxarılacaq qoruyucu kontakt linza qoyulur. Əməliyyatdan sonrakı bir neçə saatlıq dövrdə bəzi pasientlər gözdə “yad cisim” hissiyyatı və göynəmə hissini qeyd edirlər. Bir neçə saat sonra bütün bu hissiyyatlar keçir. Narahatlığı çox olan pasiyentlərə əməliyyatdan sonra ağrıkəsici dərman qəbul etməyi tövsiyə edirik.
Hər iki gözün əməliyyatı təqribən 10-15 dəqiqə davam edir. Gözün göstəricisindən asılı olaraq lazer 5 saniyyədən 20 saniyyəyədək işləyə bilər.
Əməliyyat yerli keyləşdirmə, yəni gözə xüsusi keyləşdirici (anestetik) damcıların istifadəsi ilə həyata keçirilir. Emosional və hər şeydən qorxan pasiyentlərə əməliyyatdan əvvəl yüngül sedativ (sakitləşdirici) tabletlər verilir.
Bəli, LASIK əməliyyatı zamanı zəifliyi olan hər iki göz eyni seansda əməliyyat olunur.
Sağalma dövründə bir sıra faktorların hesabına buynuz qişa qapağı təkrar öz yerinə yapışır. Buynuz qişa qapağı xüsusi, müasir texnoloji avadanlıqla yaradıldığına görə yerinə yerləşdirildikdən sonra rahatlıqla əvvəlki yerinə yapışır. Sağalma prossesinin daha da güvənli olması üçün pasiyent əməliyyatdan sonra təyin olunmuş damcıları vaxtlı-vaxtında, səliqə ilə damızdırmalı, gözü möhkəm ovuşdurmamalı və travmadan qorumalıdır. Gözə toxunma riski olduğundan qadınlar kirpiyə tuş çəkməməlidirlər. Əməliyyatdan sonrakı 6 ay müddətində buynuz qişa qapağı tam yerinə yapışır. Bundan sonra onu heç nə ilə yerindən tərpətmək mümkün deyil.
Əməliyyatdan sonrakı sağalma dövrü
Bu sizin işinizdən asılıdır. Əgər işiniz xüsusi diqqət tələb edirsə, məsələn stomatoloq, cərrah və s. O zaman əməliyyatdan sonra 1-2 gün işə getməmək tövsiyyə olunur. Çox tozlu yerdə işləyən pasientlərə 1 həftə müddətində işə getməmələri məsləhətdir. Əgər əməliyyatdan sonrakı gözlərinizdəki vəziyyət sizin işinizə təsir etmirsə, növbəti gün artıq işə çıxa bilərsiz.
Lazer əməliyyatından sonra görmənin bir qədər bulanıq olmasını və gözlərdə diskomfort olduğunu, həmçinin əməliyyatdan əvvəl bəzi pasientlərin sakitləşdirci dərmanlar qəbul etdiyini nəzərə alaraq əməliyyatdan dərhal sonra avtomobil idarəsi məsləhət deyil. Avtomobil idarəsi əməliyyatdan 24 saat sonra tövsiyyə olunur.
Lazer göz əməliyyatından dərhal sonra gündəlik məşğul olduğunuz işlərlə və idmanla məşğul ola bilərsiz. Ancaq gözə travma yetirə biləcək bəzi idman növləri var ki, onlarla məşğul olan zaman qoruyucu eynəklərdən istifadə etməli, və ya bir müddət onlara fasilə vermək lazımdır. Həmçinin üzgüçülüklə məşğul olmaq da əməliyyatdan sonrakı 1 ay müddətində tövsiyyə olunmur. Məşğul olduğunuz idman növü barədə daha ətraflı məlumat almaq üçün həkimlə məsləhətləşsəz daha yaxşı olar.
LASIK əməliyyatı görmənin sürətlə bərpa olunması ilə xarakterizə olunur. Əksər pasientlərdə görmə əməliyyatdan dərhal sonra, və ya növbəti gün artıq tam bərpa olunur. Bəzi hallarda isə görmə tədricən yaxşılaşır və tam bərpa üçün 1 aydan 3 aya qədər müddət tələb olunur. Bu adətən yüksək göstəricisi olan gözlərdə belə olur. Bəzən görmənin daha da yaxşılaşdırılması üçün təkrar korreksiya əməliyyatı həyata keçirilir. Hipermetropiyası olan pasientlərə LASIK əməliyyatından sonra daha uzun bərpa dövrü lazım olur. Beləki, onların yaxında olan xırda detalları aydın görməsi üçün bir neçə həftə tələb olunur, görmənin tam bərpası isə bəzən bir neçə ay çəkə bilər.
Xeyr. Gözləriniz əvvəllər necə idisə, elə də görünəcək. Gözlərinizin rəngində də heç bir dəyişiklik baş verməyəcək.
Əməliyyatdan sonrakı 1 ay müddətində gözə kosmetik vasitələrin istifadəsi tövsiyyə edilmir. Kirpiklərə tuş çəkilməsi isə 2-3 ay müddətində məsləhət deyil. Beləki, tuşun fırcaçı ilə buynuz qişanı zədələmək riski var.
LASIK əməliyyatından sonrakı 5-7 gün müddətində başı yumaq məsləhət görülmür. Əməliyyatdan 1 həftə sonra başı yumaq olar. Ancaq suyun alından arxaya axması və şampunlu suyun gözə tökülməməsi şərti ilə. Əməliyyatdan 1 ay sonra başınızı həmişəki qaydada yuya bilərsiz.
LASIK əməliyyatı buynuz qişanın səthi qatlarında, mərkəzi 5 mm-lik zonada həyata keçirilir və göz almasının daxilinə sirayət etmir. Əgər əməliyyatdan sonra təbii yolla doğuşun gözlərinizə hər hansı fəsad törətməsindən narahatsınızsa, o zaman hamiləliyin sonuncu aylarında göz dibinin müayinəsini həyata keçirə bilərsiz. Oftalmoloq göz dibinin vəziyyətindən asılı olaraq sizə təbii doğuşa getməyiniz, və ya keysəriyyə əməliyyatına uyğun olmanız barədə məlumat verəcək.
Adətən əməliyyat günü və əməliyyatdan bir neçə gün sonra gözlərin güclü işıqdan və çölə çıxan zaman küləkdən qorunması üçün gün eynəyi taxmağı məsləhət görürük. Əgər gözünüzdə heç bir qıcıqlanma yoxdursa, gün eynəyini taxmaya bilərsiz.