İşimiz göz,
amalımız nurdur!
Katarakta əməliyyatından sonra məmnun pasiyentlərlə xatirə fotoları
Eksimer lazer əməliyyatı ilə eynəklərlə saniyyələr ərzində vidalaşın
Müalicənin effektivliyi həkimin təcrübəsindən və düzgün qoyulmuş diaqnozdan asılıdır
Dr. Emin Əlihüseynlinin müayinəsinin fərqi - bir müraciətdə 7 müayinə
Profilaktik müayinə
Eksimer lazer
Qlaukoma
Diabet və göz
Siz bu cümlələri oxuyan zaman kainatın ən böyük möcüzəsi baş verir. İşıq fotonları sinir impulslarına çevirilərək sizin görməniz təmin edilir. Bu mürəkkəb prossesi isə saniyyənin mində bir hissəsi ərzində sizin gözləriniz edir. Müasir elm və texnologiyanın əldə etdiyi uğurlara baxmayaraq, hələ də insan gözü kimi işləyə biləcək avadanlıq icad edilməyib. Məhz buna görə də kainatın əvəzsiz möcüzəsi olan gözlərinizi və görmənizi qorumaq, onların qayğısına qalmaq lazımdır.
Sağlam gözlər, sağlam qidadan başlayır. Omeqa-3 yağ turşuları ilə zəngin balıq əti və meyvə-tərəvəzin qəbulu sizin gözləriniz üçün çox faydalıdır. Təbii ki, uzun müddət mobil telefon və kompüter ekranı qarşısında vaxt keçirmək, həmçinin siqaret çəkmək kimi zərərli vərdişlər də gözlərinizin sağlamlığı üçün təhlükəli ola bilər. Yaranacaq hər hansı problemin vaxtında aşkarlanıb, qarşısının alınması üçün isə mütəmadi göz müayinəsindən keçmək çox vacibdir.
Hörmətlə,
Dr. Emin Əlihüseynli
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri
Katarakta
Lazer cərrahiyyəsi
Çəplik cərrahiyyəsi
Blefaroplastika
Çəpgözlük
Çəpgözlük gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulması olub, bir neçə səbəbdən qaynaqlandığına görə onun müalicəsi də xəstədən xəstəyə fərqlənir. Çəpgözlük istənilən yaşda müalicə oluna bilən göz xəstəliyidir.
Miopiya, hipermetropiya və astiqmatizmin müalicəsində son 30 ilə yaxın müddətdə istifadə olunan və refraktiv cərrahiyyədə tətbiq olunan ən geniş yayılmış üsul LASİK (Laser-Assisted in Situ Keratomileusis) üsuludur. Bu cərrahi əməliyyat sayəsində siz eynəklərdən və kontakt linzalardan tam azad olmaq şansı əldə edəcəksiz.
LASİK cərrahiyyəsi müasir dövrdə tibb sahəsində həyata keçirilən cərrahi əməliyyatlar arasında ən təhlükəsiz, minimal riskli və ən az ağırlaşma müşahidə edilən cərrahi müdaxilə növüdür. Beləki, əməliyyatdan sonra müvəffəqiyyət göstəricisi 97% təşkil edir. Çox vaxt xəstələrim sual verir. Əgər lazer əməliyyatı bu qədər təhlükəsizdirsə, nə üçün göz həkimləri özləri eynək taxır? Bu əsla belə deyil. Beləki, mənim tanıdığım bir çox göz həkimləri mən də daxil, eynəkdən azad olmaq üçün lazer əməliyyatı olunmuşuq. Göz həkimləri də insandır. Əgər hansısa göz həkimi eynək taxırsa, ola bilsin onun gözlərinin göstəriciləri əməliyyata uyğun deyil.
- Yaşı 18-dən yuxarı olan, eynək və ya kontakt linzalardan istifadə edən şəxslər;
- Son 6 ayda gözün dioptriya göstəriciləri 0,50 D-dən çox dəyişməyən şəxslər;
- -12 dioptriyaya qədər miopiyadan əziyyət çəkən şəxslər;
- -6 dioptriyaya qədər astiqmatizimdən, +6 dioptriyaya qədər hiperopiyadan əziyyət çəkən şəxslər,
- Buynuz qişa toxumasının qalınlığı əməliyyat tələblərinə uyğun şəxslər;
- Diabet və revmatizm kimi sistem xəstəliklərindən əziyyət çəkməyən şəxslər;
- Digər göz xəstəliklərindən (keratokonus, qlaukoma və s.) əziyyət çəkməyən şəxslər.
1-ci mərhələ: Göz müayinəsi
Kerato-topoqrafik (KRT) müayinə sayəsində buynuz qişanın ətraflı topoqrafik xəritəsi çəkilir. Paximetr ilə buynuz qişanın qalınnığı ölçülür. Lazer cərrahiyyəsinin icrasına dair qərarın verilməsində buynuz qişanın qalınnığının rolu, gözün dioptriya (mənfi və müsbət göstəriciləri) göstəriciləri qədər vacibdir. Müayinə zamanı görmə itililiyi (eynəksiz və eynəklə), dioptriya göstəriciləri (kerato-refraktometrik müayinə) və müvafiq ölçmələr aparılır. Göz almasının ön seqmentinin biomikroskopik müayinələri və gözdaxili təzyiqin ölçülməsi həyata keçirilir.
2-ci mərhələ: Bəbəyin xüsusi damcılarla genişləndirilməsindən sonra gözün müayinəsi
Bəbəyi genişləndirən göz damcılarından istifadə edilir. Təxminən 45 dəqiqədən sonra gözün dioptriya göstəriciləri ölçülür və göz dibinin (tor qişanın damar və sinirlərinin) müayinəsi həyata keçirilir. Tor qişada incəlmə, yarıq, dəlik kimi patoloji vəziyyətlər müşahidə edilərsə, bu sahələr arqon lazeri ilə işlənir. Arqon lazer ilə bərkitmə işlərinin tətbiqi eksimer lazer əməliyyatını 3 həftə gecikməsinə səbəb ola bilər, lakin bu, müalicəyə əngəl törətmir. O, əməliyyatın daha da təhlükəsiz olmasını təmin edir.
Təxminən 1-1.5 saat çəkən müayinə və analizlərdən alınan bütün nəticələr qiymətləndirilir və ən münasib müalicə üsulu təyin edilir. Göz damcılarının təsirindən göz bəbəklərinin genişlənməsi və normal hala gəlməsi üçün müəyyən vaxtın tələb olunması səbəbindən, lazer əməliyyatı həmin gün keçirilmir. Cərrahi əməliyyat ən tez ertəsi gün aparılır.
Göz göstəriciləri lazer əməliyyatına uyğun şəxslər əməliyyatdan əvvəl bəzi qan analizlərindən keçmələri tələb olunur.
Əməliyyatdan əvvəl
LASİK əməliyyatı yerli keyləşdirmə ilə çox qısa bir müddətdə keçirilən, xəstəyə narahatlıq verməyən əməliyyat olduğuna görə, xəstə əməliyyat qabağı qorxu və ya stress hissləri keçirməməlidir. Əməliyyat günü xəstənin qida qəbuluna heç bir məhdudiyyət qoyulmur.
Əməliyyat günü göz makiyajından, ətirlərdən, qanı durulaşdırıcı dərman vasitələrindən istifadə tövsiyyə edilmir.
Əməliyyat zamanı
Lazer otağına daxil olduqda, xəstədən xüsusi lazer masasına kürək üstü uzanması xahiş edilir. Xəstənin gözü steril bir örtük ilə örtülür, əməliyyat zamanı gözlərini qırpmaması üçün xüsusi təhlükəsiz qapaqgenəldici alətin köməyi ilə göz qapaqları aralanır. Hər gözdə lazer əməliyyatı təxminən 4-5 dəqiqə çəkir, xəstə ağrı və narahatlıq hiss etmir. Xəstənin özünün rahat hiss eləməsi, həkim təlimatlarına riayət etməsi çox önəmlidir. Əməliyyat bitəndən sonra xəstə əməliyyat otağını gözə heç bir sarğı qyulmadan tərk edir.
Əməliyyatdan sonra ilk 24 saat nələrə fikir verməliyəm?
Lazer əməliyyatından sonra xəstə təxminən yarım saat gözləməli və kontrol müayinə olmalıdır. Kontrol müayinədən sonra xəstə xəstəxananı tərk edə bilər. İlk gün xəstənin bulanıq görməsi, gözlərində 3-4 saat sürən sancı, yanma hissləri və sulamanın olması normaldır. Hər hansı bir dərman vasitələrinin qəbul edilməsinə dair həkim təlimatına dəqiqliklə riayət olunmalıdır. Lazer əməliyyatından sonra baş ağrıları yaranan hallarda, xəstə qanı durulaşdırmayan ağrıkəsici dərmanlardan istifadə edə bilər. Xəstənin əməliyyat keçirdiyi gün avtomobil idarə etməsi, işə getməsi məsləhət görülmür. Xəstə tozlu mühitdə olmamalıdır. Əməliyyatdan sonrakı ilk 24 saat ərzində xəstə əməliyyat olunan gözü ovuşdurmamalı, qaşımamalı, toxunmamalı, üzünü yumamalı, duş qəbul etməməlidir. İlk bir neçə gün ərzində, sabun və ya şampunun gözə düşməməsinə diqqət yetirilməlidir. Əməliyyatdan bir gün sonra xəstənin gündəlik həyatına qayıda bilər, ancaq gözə narahatlıq verən kənar təsirlər olmamalıdır. Əməliyyatın ertəsi gün pasient təkrar kontrola gəlməli və əməliyyatın sonunda gözə qoyulmuş qoruyucu kontakt linza gözdən çıxarılmalıdır. Əməliyyatdan 3-6 ay sonra həkimin tövsiyə etdiyi süni göz yaşı damcıları istifadə edilməlidir.
Blefaroplastika
Blefaroplastika – və ya göz qapaqlarının plastik əməliyyatı estetik cavanlaşma məqsədi ilə üst və alt göz qapaqlarının cərrahi olaraq qaldırılmasıdır. Əməliyyat zamanı artıq dəri və əzələlərin götürülməsi, üst və alt göz qapaqlarının ifrat piy toxumasının çıxarılması həyata keçirilir.