14-15 oktyabr 2022-ci il tarixdə TCOD və AOC-un ortaq Beynəlxalq Oftalmoloji Simpoziumu və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçirildi.
14-15 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ortaq Beynəlxalq Oftalmoloji Simpozium və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı keçirildi.
Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərinin iştirakını təmin etmək, həmçinin oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasından ibarət idi. AOC-un sədri Prof. Elmar Qasımov giriş sözü ilə konfransı açıq elan etdi.
Daha sonra TCOD-un sədri Prof. Öner Gelişken, Türkiyə Oftalmologiya Cəmiyyətinin fəxri sədri Dr. Sunay Duman, Prof. Süleyman Kaynak və Prof. Mukharram Bikbov çıxış etdilər. Konfransda Bakı və regionlardan olan həkim heyəti, həmçinin müxtəlif türk cümhuriyyətlərindən gəlmiş oftalmoloqlar öz məruzələri ilə çıxış etdilər.
Konfransda çıxışçılar tərəfindən “Analysis of the main causes of the development of posttraumatic proliferative vitreoretinopathy”, “Ocular axial length changes in pseudophakic children after cataract surgery”, “Regional features of urgent and emergency appeals at the thırd stage of ophthalmologgcal care”, “Use of the Avedro KXL system in the corneal cross-linking technique”, “Retinal detachment in pediatric population”, “Basic principles for Lamellar Corneal Transplantation” və s. mövzular məruzə edildi.