
Akademik Z. Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş beynəlxalq konfrans.
28 aprel 2025-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirildi.
Konfransın əsas məqsədi oftalmologiya sahəsində ən son yeniliklərin, aktual məsələlərin və müasir diaqnostika ilə müalicə metodlarının təhlilini həyata keçirmək, eləcə də gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək, tibb sahəsindəki müasir tələblərə cavab verən yanaşmaların təqdim olunması idi.
Tədbirdə Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin Fəxri sədri Dr. Sunay Duman “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi” mövzusunda çıxış edərək, onun elmi irsinin beynəlxalq oftalmologiyaya təsirindən danışdı. Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Hicran Namazova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı” mövzusunda məruzə ilə çıxış etdi.
Konfransda ölkəmizdən olan mütəxəssislərlə yanaşı Türkiyə, İtaliya, Gürcüstan və Rusiyadan olan alimlər də oftalmologiyanın müxtəlif sub-ixtisaslarını əhatə edən mövzularla məruzələr etdilər.
Məruzəçilər arasında Prof. Hüban Atilla, t.ü.f.d. Cəmil Həsənov, prof. Süleyman Kaynak, t.ü.f.d. Giuseppe Covello, t.ü.f.d. Mirana Mirişova, prof. Giorgi Chichua, t.ü.f.d. Səbinə Məcidova, prof. Nilufer Yalçındağ, t.ü.f.d. Lalə Axundova, dr. Rahib İsmayılov, t.ü.f.d. Samirə Hüseynli, t.e.d. Radik Kadırov, t.ü.f.d. Günay İbrahimzadə, t.e.n. Dilara Babayeva, dos. Gültən Süngür, t.e.n. Aysılu Qalimova, t.ü.f.d. Bənövşə Hacıyeva, t.ü.f.d. Nigar Həsənova, t.ü.f.d. Sona İbrahimova, dr. Lamiyə Həsənzadə, dr. Humay Bayramova, dr. Rəvanə Həsənova, dr. Günay Əliyeva və dr. Rövşən Rəcəbli var idi.
Konfrans zamanı Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “Oftalmoloji diaqnostikada süni intellekt: Azərbaycan üçün uyğunlaşdırılmış modelin konseptual inkişafı” adlı məruzə ilə çıxış etdi.
Dostluq və qardaşlıq atmosferində keçən konfrans iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, yalnız xoş xatirələrlə deyil, eyni zamanda son elmi məlumatlarla yaddaşlara həkk olundu.
