Göz əməliyyatına gələn xəstə üçün yaddaş vərəqəsi. Nəyi, necə və nə vaxt etməli?

Əməliyyata nə vaxt gəlməli olduğunuz vaxt barədə məlumat sizə qabaqcadan (bir gün əvvəl, və ya əməliyyatdan ən azı 2-3 saat əvvəl) bildiriləcək.

1. Əməliyyata gələn zaman özünüzlə nə götürməli?

  • Şəxsiyyət vəsiqəsi
  • Əgər gündəlik istifadə etdiyiniz dərman vasitələri varsa, həmin dərmanları
  • Yaşlı pasientlərdə ehtiyac olan hallarda pampers
  • Əməliyyatdan əvvəl sizə təyin edilmiş damcıları

2. Əməliyyatdan əvvəlki günün axşamı hansı dərmanları qəbul etməli?

Əgər tibb bacısı sizə əməliyyatdan əvvəl hər hansı dərman preparatı veribsə, verdiyi preparatları  təyin edilmiş saatlarda qəbul etməli. Əgər sizə heç bir dərman verilməyibsə, ancaq yüngül əməliyyatönü həyacan hissi keçirirsinizsə, əməliyyat gününün axşamı bitki mənşəli yüngül sakitləşdirici dərman vasitələri (valerianka tablet, və ya persen-forte) qəbul edə bilərsiz.

3. Əliyyatdan əvvəl yemək maye bul etmək olarmı?

  • Orqanizmi çox yükləməmək üçün əməliyyatdan bir gün əvvəl kaşa, sup, süd məhsulları qəbul etməli, əgər əməliyyat səhər saatlarına təyin edilibsə, əməliyyata gələn günün səhəri yüngül səhər yeməyi qəbul etmək  məsləhətdir. Əgər gənc şəxslərdə əməliyyat (eksimer lazer əməliyyatları) günorta, və ya axşam saatlarına təyin edilibsə, ac qalmamalı, qida qəbul edib əməliyyata gəlməli.

4. Əməliyyata necə hazırlanmalı?

  • Əməliyyatdan bir gün əvvəl çimməli və başınızı yumalı, kişilər üzünü təraş etməlidir.
  • Əlinizdə və ayağınızda dırnaqları tutmalı, əgər qadınların dırnağında lak varsa, silinməlidir.
  • Dişlərinizi və ya diş protezini əməliyyatdan əvvəl fırçalamalı.
  • Əgər qızıl zinət əşyalarınız varsa, evdə qoymalı.
  • Qadınlar əməliyyata gələn günü kosmetik vasitələrdən istifadə etməməlidir.
  • Əgər eşitmə aparatından istifadə edirsinizsə, əməliyyata gələrkən onu qulaqdan çıxarmamalı.

5. Əməliyyatdan sonra damcıları necə tökməli və təkrar kontrola nə zaman gəlməli?

Əməliyyatdan sonra damcılar arasında 5 dəqiqə fasilə ilə hər 2 saatdan bir olmaqla, əməliyyat olunmuş gözə tökülməlidir. Bunun üçün xəstə başını arxaya əyməli, alt göz qapağı ehmalca aşağı çəkilməli və alt göz qapağı ilə göz alması arasında yaranmış kisəyə damcını salmalı. Flakonun ucu göz qapağının kənarına toxunmamalıdır. Növbəti gün səhər saat 09:00 – da damcıları təkrar tökməli və təyin edilmiş vaxt təkrar kontrola gəlməli.

6. Əməliyyatdan sonra damcıları nə qədər tökməli?

Damcılar əməliyyatdan sonra 1 ay müddətində gündə 4 dəfə – saat: 10:00-14:00-18:00-22:00

gözə damızdırılmalıdır.

Əgər damcılar 1 ay müddətində qurtararsa, yenisi alınmalıdır.

7. Əməliyyatdan sonra gözü nədən qorumalı?

Göz çox incə orqan olduğundan. Əməliyyatdan sonra yaranın tam sağalması üçün müəyyən qədər vaxt lazımdır. Əlavə problemlərlə qarşılaşmamaq üçün əməliyyatdan sonrakı bir ay müddətində bəzi məhdudiyyətlər tətbiq olunmalıdır.

  • 5 kq-dan artıq yük qaldırmaq məsləhət deyil;
  • Uzun müddət başı aşağı qalmaq və ağır fiziki işlə məşğul olmaq məsləhət deyil;
  • Əməliyyatdan bir neçə həftə sonra çox isti su ilə başı yumaq və çimmək məsləhət deyil;
  • Gözə sabun və şampunun düşməsi məsləhət deyil;
  • Gözə təzyiq etmək və sürtmək olmaz;
  • Göz tam sağalana qədər alkoqol içkilərin qəbulu və ifrat siqaret çəkmək məsləhət deyil;
  • Əməliyyatdan sonrakı bir neçə həftə müddətində tünd çay və kofe qəbulu, həmçinin duzlu, ədvalı və çox yağlı qidaların qəbulu məsləhət deyil;
  • Qəbizlik ciddi problemlərə səbəb olduğundan, qəbizliyə yol vermək olmaz;
  • Ən azı bir ay müddətində qadınların kosmetik vasitələrdən istifadəsi məsləhət deyil;
  • Əməliyyat olunmuş göz tərəfdə uzun müddət yatmaq, uzun müddət televizora baxmaq və çox oxumaq məsləhət deyil.

BUKLET.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi gecikdirməyin, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq