Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş illik toplantısı.        

12 Yanvar 2024

12 yanvar 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş növbəti illik toplantısı keçirildi.

Toplantıda 2023-cü ildə keçirilən tədbirlər, konfranslar haqqında illik hesabat verildi və 2024-cü ildə nəzərdə tutulan tədbirlər planı iştirakçıların diqqətinə çatdırıldı və bu il keçirilməsi nəzərdə tutulan konfrans, seminar, toplantılar, həmçinin milli oftalmologiyanın bir sıra məsələləri müzakirə edildi.

Toplantıda AOC-un sədr müavini t.ü.f.d. Yazgül xanım Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı və 2024-cü ilin illik proqramı”, AOC-un Gənc Oftalmoloqlar komitəsinin koordinatoru və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “AOC Gənc Oftalmoloqlar Komitəsi. 2023-cü ilin yekunları. 2024-cü il üçün nəzərdə tutulan planlar”, t.e.d. Tural Qəlbinur “Etik komitə”, t.ü.f.d. Cəmil Həsənov “Buynuz qışa keratoplastikasının keçmişi və gələcəyi”, t.ü.f.d. Mətanət Əfəndiyeva “WET-LAB kurslarının 2023-cü il üzrə fəaliyyəti və 2024-cü il üçün planları” və Dr. Sona İbrahimova “Cərrahi müdaxilədən sonra baş verən fəsadlar” mövzuları üzrə məruzələr tədbir iştirakçılarının nəzərinə çatdırıldı, iştirakçılar tərəfindən maraqlı suallar və təkliflər səsləndi.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq