
Dr. Emin Əlihüseynlinin rəsmi veb-saytı fəaliyyətə başlayıb
2021-ci ilin yanvar ayından etibarən Dr. Emin Əlihüseynlinin rəsmi veb-saytı fəaliyyətə başlayıb. Saytda Emin doktor haqqında məlumatlarla yanaşı onun tərəfindən həyata keçirilən xəstəliklərinin müayinə, müalicə və cərrahiyyə üsulları barədə məlumatlar, həmçinin əməliyyatdan əvvəlki və sonrakı vəziyyətlərin fotoları, eləcə də cərrahi əməliyyatların videoları yerləşdirilib.
Sayt vasitəsilə pasiyentlər qeydiyyata zəng etmədən, klinikaya gəlmədən özləri rahatlıqla müayinə üçün on-line randevu götürüb, vaxtlarına qənaət edə bilərlər.
Saytda mütəmadi olaraq göz xəstəlikləri, onların müalicə üsulları və profilaktikası barədə ictiamiyyətin maarifləndirilməsi məqsədilə müxtəlif məlumatlar yerləşdirilir. Pasiyentlər onları maraqlandıran sualları saytdan birbaşa həkimin whatsap nömrəsinə, və ya əlaqə bölməsindəki formanı doldurmaqla göndərə bilərlər.
Saytda müxtəlif əməliyyatlar və prosedurlar xəstələri maraqlandıran sual-cavab formatında yerləşdirilib. Bununla da məlumat əldə etmək istəyən şəxs onu maraqlandıran suala cavab tapmaq üçün bütün materialı oxumaq məcburiyyətində qalmır. Onu maraqlandıran sualı tapıb, cavabını rahatlıqla oxumaqla həm vaxtına qənaət edir, həm də gözlərinin əlavə yorulmasının qarşısını alır.
Sayt ölkəmizdə İT texnologiyalar istiqamətində lider olan “MasterStudio” şirkəti tərəfindən hazırlanıb və mütəmadi olaraq texniki dəstəklə təmin edilir.
