Görmənin bərpa edilməsinin yeni müalicə üsulu: tor qişanın sütun hüceyrələrinin tranasplantasiyasında yeni üfüqlər.

15 Yanvar 2021

Meymun gözünə transplantasiya edilmiş tor qişa piqment hüceyrələrinin sub-retinal sahədə görünüşünün fotosu. Tor qişa damarları fluoressein angioqrafya üsulu ilə çkilib. Müıllif: Su, Xinyi.

Lyu və həm-müəlliflərinin “Stem Cell Reports” jurnalında dərc etdirdikləri araşdırmalarının nəticəsinə əsasən yaşlı insanların tor qişasından əldə edilmiş sütun hüceyrələr eksperimental şəraitdə meymunların tor qişasına transplantasiya edildikdən sonra məhv olmamışdır, bu da gələcəkdə bu cür müalicə taktikalarının görmənin geri dönməz itirilməsindən əziyyət çəkən xəstələrdə görmə qabiliyyətinin bərpasının mümkünlüyünə zəmin yaratmışıdr. Tor qişanın piqment hüceyrələr qatında olan hüceyrələrin sağlamlığı normal görmənin təminatçısıdır. Bu hüceyrələrin disfunksiyası zamanı yaranan makulyar degenerasiyadan hazırda dünyada 200 milyona yaxın insan əziyyət çəkir.

Bu cür hüceyrə populyasiyasını əldə etmək üçün tədqiqatçılar meyid gözündən tor qişa sütun hüceyrələrinin ayıraraq, onlardan tor qişa piqment hüceyrələri yetişdiriblər və bu hüceyrələri sonradan meymun gözünə yeridiblər. Bu unikal hüceyrələrin istifadəsi gələcəkdə məhv olmuş tor qişa piqment hüceyrələrini əvəz etmək üçün donor rolunu oynaya bilər.

Bu tədqiqatlar sütun hüceyrələrdən alınmış tor qişa piqment hüceyrələrinin transplantasiyasının mümkünlüyünü və təhlükəsizliyini nümayiş etdirir. Tədqiqatçılar meymunların tor qişasının altına transplantasiya edilmiş tor qişa piqment hüceyrə lövhəciklərinin heç bir dəyişikliyə məruz qalmadan son üç ayda sahibin hüceyrələri ilə stabil inteqrasiyasını müşahidə etmişlər. Bundan əlavə transplanasiya edilmiş yeni hüceyrələr sahibinin tor qişa piqment hüceyrələrinin funksiyasını öz üzərinə götürmüş və fotoreseptor hüceyrələrin normal funksional fəaliyyətini bərpa etmişdir. Onu da qeyd etmək lazımdır ki, transplantasiya olunmuş hüceyrələr çapıqlaşmaya məruz qalmamışdılar.

Bütün bunlar gələcəkdə tor qişa piqment hüceyrələrinin defektindən, makulyar degenerasiyalardan əziyyət çəkən xəstələrdə bu metodun həyata keçirilməsini mümkün etsə də, hələki gələcək tədqiqatlara ehtiyac var. Bu tədqiqatlar Nyu Yorkda İkan Tibb Məktəbində, Sinqapurda Molekulyar Hüceyrə Biologiyası İnstitutunda və Sinqapur Göz Xəstəlikləri Tədqiqat Mərkəzində çalışan araşdırmaçı alimlər tərəfindən həyata keçirilir. Alimlər metodun mümkünlüyünü sübüt etməklə bu istiqamətdə ilk addım atmış oldular.

Reference: “Surgical Transplantation of Human RPE Stem Cell-Derived RPE Monolayers into Non-Human Primates with Immunosuppression” by Zengping Liu, Bhav Harshad Parikh, Queenie Shu Woon Tan, Daniel Soo Lin Wong, Kok Haur Ong, Weimiao Yu, Ivan Seah, Graham E. Holder, Walter Hunziker, Gavin S.W. Tan, Veluchamy Amutha Barathi, Gopal Lingam, Boris V. Stanzel, Timothy A. Blenkinsop and Xinyi Su, 14 January 2021, Stem Cell Reports.
DOI: 10.1016/j.stemcr.2020.12.007

DOI: 10.1016 / j.stemcr.2020.12.007

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq

Sizi maraqlandıran sualları Emin doktora whatsappa yazmaqla soruşa bilərsiz