Yubileylərlə zəngin konfrans

24 Dekabr 2022

23-24 dekabr 2022-ci il tarixlərində Azərbaycan Tibb Univresitetinin Tədris Cərrahiyyə Klinikasında tibb universitetinin oftalmologiya kafedrasının yaranmasının 100 illiyinə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü professor Ümnisə xanım Musabəylinin 120 illiyinə və Əməkdar elm xadimi Zəhra Quliyevanın 100 illiyinə həsr olunmuş, yubileylərlə yadda qalacaq beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransda yerli oftalmoloqlarla yanaşı, Türkiyə və Rusiya, Finlandiya və digər ölkələrdən mütəxəssislər də iştirak edirlər.

Oftalmologiya kafedrasının 100 illiyinə həsr olunmuş video-nümayişindən sonra Türk Oftalmologiya Dərnəyinin fəxri sədri Sunay Duman Azərbaycan oftalmologiyası ilə yaxından maraqlandığından, Paşa Qəlbinurla 1991-ci ildən başlayan tanışlığından, kafedranın ilk müdirləri olmuş xanımlardan söz açdı. Dəyərli fikirlərlə nitqini davam edən Sunay xanım Zəhra Quliyeva ilə bağlı xoş xatirələrindən, Azərbaycan qadınının çox yüksək mənəvi zövqə və savada malik olmasından söz açdı, düşüncələrini bölüşdü.

Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, dəyərli müəllimimiz  Professor Paşa Musayev Qəlbinur konfransla bağlı fikirlərini bölüşərək dedi:
– Milli oftalmologiya elminin 100 illiyi tamam olur. Azərbaycan Tibb İnstitutunda 100 il bundan öncə yaradılan kafedranın təkamül yolu Avropanın keçdiyi inkişafa uyğun olub. Bu gün oftalmoloqlarımız müasir tədqiqatlara, müalicə üsullarına malikdirlər və dünyanın müxtəlif ölkələrində düzənlənən elmi toplantılarda çıxışlar edir, yüksək reytinqli dərgilərdə əsərlərini çap etdirirlər. Bunun üçün biz müəllimlərimiz Ümnisə Musabəyliyə, Zərifə Əliyevaya, Zəhra Quliyevaya borcluyuq. Çünki onlar Azərbaycan oftalmologiyasını inkişaf etdirərək bugünkü səviyyəyə çatdırıblar.

Dr. Emin Əlihüseynli konfransda “Sumqayıt şəhərində yaşayan uşaqlar arasında refraksiya qüsurlarının yayılma tezliyi” adlı tədqiqatın məruzəsini iştirakçıların diqqətinə təqdim etdi.

Tədqiqat 2013-cü il avqustun 1-dən, 2018-ci il may ayının 1-nə qədər Sumqayıt şəhərində yaşayan və həmin şəhərdə yerləşən İOL Göz Klinikasında müayinə olunmuş refraksiya qüsuru olan 5-15 yaş arası 3091 uşağın ambulator müayinələrinin nəticələrinə əsasən retrospektiv üsulla həyata keçirilmişdir. Bunlardan 1364 (55,87 %) oğlan, 1727-si (44,12 %) isə qız olmuşdur.

 

 

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq