Dr. Emin Əlihüseynli AOC-nin 2022-ci ilin yekunlarına həsr olunmuş toplantısında çıxış etdi
13 yanvar 2023-cü il tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə heyətinin üzvlərinin iştirakı ilə 2022-ci ilin yekunlarının müzakirəsinə həsr olunmuş hesabat xarakterli toplantısı keçirildi.
Toplantıya Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımovun rəhbərliyi ilə rəhbərlik edirdi.
Toplantıda 2022-ci ildə keçirilən tədbirlər və konfranslar haqqında hesabat verildi, həmçinin 2023-cü il üçün nəzərdə tutulan tədbirlər planı iştirakçıların diqqətinə təqdim olundu.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Dr. Yazgül Abdıyeva 2022-ci ilin hesabatını təqdim edərək keçirilmiş konfrans, seminar və toplantılar haqqında məlumatları iştirakçıların nəzərinə çatdırdı, eyni zamanda 2023-cü il üçün nəzərdə tutulmuş beynəlxalq elmi tədbirlərlə bağlı ətraflı məlumat verdi.
Toplantıda Dr. Qurban İsmayılov və Dr. Cəmil Həsənov ilin yekunları barədə məruzə ilə çıxış etdilər.
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “2022-ci ildə Tərcümə Fəaliyyəti və Oftalmoloji Təhsilın Artırılması İstiqamətində Həyata Keçirilmiş Layihələr” mövzusunda məruzəni AOC-nin İdarə heyətinin üzvlərinin diqqətinə təqdim etdi, həmçinin gənc oftalmoloqların fəaliyyət planları haqqında məsələlərdən söz açdı.
Tədbirdə Prof. Kərəm Kərimov, Prof. Paşa Qəlbinur, Dr.Ceyhun Nəzərli, Dr. Tural Qəlbinur fikir və təkliflərini səsləndirdi və digər məsələlər müzakirə olundu, eyni zamanda heyət üzvləri Prof. Rasim Hacıyev, Dos. Rəna Ağayeva, Dr. Müşfiq Kərimov, Dr. Ruhəngiz Balayeva, Dr. Mətanət Əfəndiyeva, Dr. Mirişova Mirana, Dr. Nigar Həsənova, Dr. Bənövşə Hacıyeva, Dr. Humay Bayramova və digər həkimlər də iştirak etdi.