Eynək istifadə edərkən nəyə diqqət yetirməliyik?

Uzaq üçün təyin olunmuş eynəkləri yaxından görmədə (kitab oxuma, tikiş tikmə və s.) istifadə etmək olmaz, həmçinin də əksinə yaxını görmək üçün təyin olunmuş eynəkləri də müvafiq olaraq uzağa baxdıqda (avtomobil idarə etdikdə, yolu keçərkən və s.) istifadə etməyin!

Əgər hazırki eynəyiniz hər hansı səbəbdən sizi qane etmirsə və onu dəyişdirmək üçün həkimə müraciət etmək qərarına gəlmişsinizsə, mütləq bu zaman özünüzlə köhnə eynəklərinizi və əvvəllər sizə yazılmış eynək reseptlərini götürün. Bu görmənizin dəqiq müayinəsi və döğru eynək təyini üçün çox vacibdir!

 

Eynəyin linzalarının hansı materialdan hazırlanmasından (mineral, orqanik, polikarbonat) asılı olmayaraq unutmayın ki, o sınmaya və cızılmaya meyllidir. Hətta ən keyfiyyətli eynəyi belə korlamaq asandır.

Buna görə də eynəklərin istismarı zamanı:

  • Eynəyi gözə taxıb, çıxardıqda bu prossesi hər iki əllə etmək lazımdır.
  • Eynəyi masanın üzərinə linzaları aşağı vəziyyətdə qoymayın! Bu zaman linzaların cızılması, sürtünməsi kimi hallar yarana bilər.

  • Onları iti alərlərlə təmasdan uzaq tutun!
  • Əgər əlavə sığortaedici vasitələr (eynək boyunbağısı və s.) yoxdursa, eynək gözdə olan zaman,yuxarıdan aşağı baxmaqla əlaqəli işlər görməyin!
  • Eynəyi istifadə etmədikdən sonra onu özünə məxsus qabında saxlayın (qabın iç səthi, yumşaq qoruyucu barxatla örtülü olmalıdır)
  • Hər hansı səbəbdən eynək tərləmiş və ya çirklənmiş olarsa, onu xüsusi eynək təmizləyən maye və yumşaq eynək bezi ilə, ehmalla təmizləyin.

  • Eynəyin hər hansı hissəsi yararsız vəziyyətə düşərsə (çərçivə sınarsa, burun yastıqcığı əyilər və ya sınarsa və s.), onu özünüz təmir etməkdən çəkinin. Bu zaman eynək ustasına müraciət edin.
Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq